
Bakı. Trend:
Taylandın paytaxtı Banqkokun şimalında yerləşən Nonthaburi
əyalətində məktəb ərazisində baş verən atışma nəticəsində 2 nəfər
həlak olub, daha 20-dən çox insan yaralanıb.
Bu barədə “Khaosod” qəzeti məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində həlak olanlar iki
müəllimdir. Yaralananlardan üçünün vəziyyəti ağır
qiymətləndirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım
xidmətləri hadisə yerində işləyirlər. Yerli sakinlərə insidentin
baş verdiyi əraziyə getməmələri tövsiyə olunub.

