Bakı. Trend:
Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində
2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə
məlumat daxil olub.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional
qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həmin
mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə
polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin
tələbləri izah edilib.

