
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin tabutu
dəfn mərasimlərinin növbəti mərhələsi üçün İraqa gətirilib.
Bu barədə “Press TV” məlumat yayıb.
Məlumata görə, Xameneinin tabutunu daşıyan təyyarə İraqa eniş
edib və burada genişmiqyaslı vida mərasimləri keçiriləcək.
Bildirilir ki, İranda matəm mərasimləri iyulun 3-də başlayıb.
Ayətullah Əli Xameneinin iyulun 10-da doğulduğu Məşhəd şəhərində
dəfn olunacağı qeyd edilir.

