
Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa
çempionatı davam edir.
Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə Azərbaycan
millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Emin Cavadlı (55 kiloqram) finalda ermənistanlı Edqar Petrosyana
“tuş”la qalib gələrək Avropa çempionu olub.
Cavidan Nehmətov (77 kiloqram) həlledici görüşdə ermənistanlı
Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kiloqram) isə finalda
rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci
pilləsinə çıxıb.
Museyi-Kazım Hüseyn (130 kiloqram) bürünc medal görüşündə
türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1)
uduzub.

