
Bakı. Trend:
“Neftçi” daha bir transferini reallaşdırıb.
Slovakiyalı hücumçu Lyubomir Tupta “ağ-qaralar”ın heyətinə
qoşulub.. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29
nömrəli formanı geyinəcək.
Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu
klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda
8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya
liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi
Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

