Araz çayında itkin düşən yeniyetmənin axtarışları davam edir (VİDEO)

Baş səhifə

Bakı.Trend:

İyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi
ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il
təvəllüdlü Mirişli Turan Mirağa oğlunun axtarışları Fövqəladə
Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.




Bildirilib ki, xtarışlar vətəndaşın batdığı ehtimal olunan
istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.