ABŞ Bolqarıstan, Rumıniya və Ukraynada birgə enerji istehsalında maraqlıdır

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası Avropa bazarına tədarük üçün Bolqarıstan,
Rumıniya və Ukraynada birgə enerji istehsalının təşkilində
maraqlıdır.

Trend xəbər verir
ki, bunu ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.




Nazirin sözlərinə görə, “Mən həmçinin yerli enerji ehtiyatlarına
malik bir sıra ölkələrlə, o cümlədən Rumıniya, Ukrayna və
Bolqarıstanla maraqlanıram və biz onları inkişaf etdirmək üçün
şirkətlərlə əməkdaşlıq etməkdən məmnun olarıq”.

Kris Rayt əlavə edib ki, “Biz həmçinin Bolqarıstan da daxil
olmaqla nüvə enerjisi məsələləri üzrə dialoq aparırıq”.