“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Baş səhifə

Bakı. Trend:

İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz” klubunun müraciəti
ilə bağlı qərarını açıqlayıb.

Qurum UEFA Apellyasiya Orqanının iyunun 2-də Tovuz təmsilçisi
barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.




İyunun 15-də açıqlanan qərara əsasən, “Turan Tovuz” bütün idman
prinsiplərinə uyğun şəkildə əldə etdiyi vəsiqəyə baxmayaraq, UEFA
Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak
etməyəcək.

Qeyd edək ki, UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə
danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u
2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb.