
Gəncə. Trend:
Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində “EuroVillage”in açılış mərasimi keçirilir.
Trend xəbər
verir ki, Avropa İttifaqının (Aİ) flaqman tədbiri olan “Avropa
Şəhərciyi-2026” iyunun 6-da Gəncə şəhərində baş tutur.
“Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusuna həsr olunan
tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən
Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.
Tədbirin rəsmi açılışında 17 Avropa ölkəsinin Azərbaycandakı
səfiri iştirak edirlər.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç
bildirib ki, “Avropa Şəhərciyi” Azərbaycan ictimaiyyəti üçün
Avropanı daha yaxından tanımaq baxımından mühüm platformadır. O
qeyd edib ki, Aİ ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq
çərçivəsində kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, təhsil,
ətraf mühit və digər sahələrdə yüzlərlə layihə həyata
keçirilib.
Proqram çərçivəsində uşaqlar üçün üz boyama, kukla tamaşaları,
stolüstü oyunlar, eləcə də viktorinalar, mini yarışmalar və
musiqi-rəqs proqramları təşkil edilir.
Tədbirdə Aİ Nümayəndəliyi ilə yanaşı, Belçika, Bolqarıstan,
Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan,
Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və
İsveç də təmsil olunurlar.
Xəbər yenilənəcək

