İndoneziyada daşqınlar və torpaq sürüşməsi nəticəsində ən azı 174 nəfər ölüb

Baş səhifə

İndoneziyanın Sumatra adasında baş verən sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 174 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ölkənin fəlakətlərin qarşısının alınması agentliyinin məlumatına görə, onlarla insan isə hələ də itkin düşmüş hesab olunur.