“Monako” hər oyun üçün 25 min avro cərimələnə bilər

Baş səhifə

Bakı. Trend:

“Monako” Felipe Luisin uyğun məşqçilik lisenziyasının olmaması
səbəbindən cərimələr ödəməli ola bilər.

Trend xəbər
verir ki, daha əvvəl 40 yaşlı mütəxəssisin Liqa 1 təmsilçisinin baş
məşqçisi olacağı və iki illik müqavilə imzalayacağı barədə məlumat
yayılmışdı.

Braziliyalı məşqçi ilə “Bayer” də maraqlanırdı. Lakin Almaniya
klubunun qarşısında ciddi problem yaranmışdı. Belə ki, Felipe
Luisin yalnız CONMEBOL ölkələrində işləməsinə icazə verən məşqçilik
lisenziyası var. Bu lisenziya hazırda Avropa ölkələrində baş məşqçi
kimi fəaliyyət göstərmək üçün kifayət etmir.




Leverkuzen təmsilçisi məsələni UEFA ilə müzakirələr vasitəsilə
həll etməyə çalışsa da, proses vaxt tələb etdiyindən məşqçi
gözləmək istəməyib.

Buna baxmayaraq, “Monako” Filipe Luisin rəhbərliyi altında
keçiriləcək hər oyun üçün 25 min avroya qədər cərimə ödəməyə
hazırdır.

Qeyd olunur ki, CONMEBOL lisenziyası sahibi üç il baş məşqçi
kimi çalışdıqdan sonra avtomatik olaraq UEFA lisenziyası ilə eyni
status qazanır. Filipe Luis isə təxminən bir il yarım ərzində CR
Flamengoun baş məşqçisi olub.