Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur – Əli Hüseynli

Baş səhifə

Bakı. Trend:

Avropa İnsan Hüquqları Məhkəməsi zamanında məcburi köçkünlərin
mülkiyyət hüququnun pozulması ilə bağlı qərarlar qəbul edib. Amma
onun icra mexanizmi məhz bu gün yaradılır. Xüsusi təyinatlı mənzil
fondunun bu yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur.
Bu, çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə
məcburi köçkünlərin köçürülməsi və onların mülkiyyət hüququnun
verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanına tapşırılır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan
hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin
birgə iclasında komitə sədri Əli Hüseynli deyib.




O bildirib ki, bu, Azərbaycanda insan hüquqlarının təntənəsidir.
Layihə konseptual baxımdan çox vacibdir, həm hüquqi, həm sosial
müdafiə, həm insan hüquqları baxımdan olduqca əhəmiyyətlidir.