Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasının
yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlanması effektiv
tədbir deyil.
Trendxəbər verir ki , bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Bildiyiniz kimi, ÜST girişin qadağan edilməsini tövsiyə etmir,
çünki bu, böyük effekt vermir. Bu, [Ebola virusunun] yayılmasını
ləngidə bilər, bəlkə də bir neçə gün vaxt qazandırar, lakin bundan
artıq yox”, – deyə o, Kinşasaya səfəri zamanı keçirilən mətbuat
konfransında bildirib.
ÜST rəhbərinin sözlərinə görə, virusun yayılmasının qarşısını
almaq üçün ən effektiv tədbir xəstəliyin yayıldığı ocaqda zəruri
sanitariya tədbirlərinin operativ şəkildə tətbiq edilməsi və
dəstəyin göstərilməsidir.

