
Bakı. Trend:
Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib: istər şimalda,
istər cənubda, istər başqa yerlərdə.
Trend xəbər verir
ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi
kəndində sakinlərlə görüşündə deyib.
“Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə
nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu
da demək çətindir, hərə deyir ki, mən qalibəm”, – dövlət başçısı
bildirib.

