Kitabxanaların 96 faizində avtomatlaşdırılmış idarəetmə sistemi tətbiq olunmayıb – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Ölkədə fəaliyyət göstərən kitabxanaların 90 faizdən çoxu
beynəlxalq standartların tələblərinə cavab vermir
.
Problemlər bina, struktur, xidmət sahəsi və digər göstəriciləri
əhatə edir.

Trend xəbər
verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli
Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin
mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai
müzakirədə “Kitabxana sisteminin optimallaşdırılması: təhlillər və
islahatlar” adlı təqdimatında deyib.

Nazir müavini bildirib ki, kitabxana sistemində çalışan
əməkdaşların yalnız 7,7 faizi ixtisas
təhsillidir
.




Onun sözlərinə görə, kitabxana fondlarının vəziyyəti ilə bağlı
təqdim olunan statistikaya görə, fondun 57,6 faizi kiril
qrafikalı nəşrlərdən
ibarətdir. Eyni zamanda mövcud fondun
cəmi 4 faizi elmi ədəbiyyat, 8 faizi isə
uşaq ədəbiyyatı
təşkil edir.

Vurğulanıb ki, kitabxanaların yalnız 20 faizində
internet təminatı mövcuddur
. Bundan əlavə, kitabxanaların
96 faizində avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi
tətbiq olunmayıb
.

Qeyd olunub ki, bu göstəricilər kitabxana sisteminin
modernləşdirilməsi, fondların yenilənməsi, peşəkar kadr
potensialının gücləndirilməsi və rəqəmsal infrastrukturun inkişaf
etdirilməsi istiqamətində kompleks tədbirlərin görülməsini zəruri
edir.