
Bakı. Trend:
“Bavariya” Con Stouns transfer etmək imkanını nəzərdən
keçirir.
Trend xəbər verir ki,
bu barədə “Daily Mail” məlumat yayıb. “Mançester Siti”nin 31 yaşlı
müdafiəçisi mövsümün sonunda klubu tərk edərək azad agent kimi
başqa komandaya keçə bilər.
Futbolçuya həm İngiltərədən, həm də xaricdən ciddi maraq
var.
Stouns bu mövsüm Premyer Liqada 8 oyuna çıxıb.

