
Bakı. Trend:
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa
çempionatı davam edir.
Trend-in
məlumatına görə, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2
üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə
tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.
Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa
Xudoyanı 4:1 hesabı ilə üstələyərək qitənin ən güclüsü ünvanına
sahib çıxıb.
Pünhan Şahmarov (48 kiloqram) bürünc medal görüşündə
ermənistanlı Mihran Tatoyana (1:3), Sadiq Vəlizadə (57 kiloqram)
isə üçüncülük mübarizəsində gürcüstanlı Giorgi Vaşakmadzeyə (4:8)
məğlub olub.
Raul Məmmədzadə (62 kiloqram) təsəlliverici görüşdə estoniyalı
Artemi Yeremeyevə tam üstünlüklə (10:0) qalib gəlsə də,
ermənistanlı Aleks Gevorqyana 5:8 hesabı ilə məğlub olaraq 5-ci
yerlə kifayətlənib.

