Bakıda mənzil böhranına qarşı həll yollarının formalaşdırılmasını gözləyirik – Anaklaudiya Rossbax

Baş səhifə

Bakı. Trend:

Bakıda mənzil böhranına qarşı həll yollarının
formalaşdırılmasını gözləyirik

Trend xəbər verir ki,
bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru
Anaklaudiya Rossbax WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.

O bildirib ki, hazırda dünyada qlobal mənzil böhranı yaşanır və
forumun əsas diqqət mərkəzində məhz bu məsələ dayanır.




“Biz bu bir neçə gün ərzində Bakıda siyasətlər və həll yolları
formalaşdırılmasını gözləyirik ki, insanlar qarşılaşdıqları mənzil
böhranının öhdəsindən gələ bilsinlər. Bu böhran qeyri-formal
yaşayış məntəqələrində yaşayan insanları, ev almağa və ya kirayə
ödəməyə imkanı olmayanları, eləcə də küçələrdə yaşayanları əhatə
edir”, – deyə o bildirib.

Rossbax vurğulayıb ki, bu qlobal problemin həlli üçün geniş
əməkdaşlıq zəruridir: “Bizə hər kəs lazımdır — özəl sektor,
vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və güclü milli
siyasətlər. Bu böhranı yalnız birlikdə həll edə bilərik”.

O, çıxışının sonunda Bakıya ev sahibliyi üçün təşəkkür edib.