“Google” bulud yaddaşının həcmini əhəmiyyətli dərəcədə azaldıb

Baş səhifə

Bakı.Trend:

“Google” pulsuz bulud yaddaşının həcmini məhdudlaşdırmağa
başlayıb: “Gmail” xidmətinin bəzi yeni istifadəçilərinə 15 GB
əvəzinə cəmi 5 GB yaddaş təqdim olunur.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Şirkətdən bildirilib ki, məlumatların saxlanılması ilə bağlı
yeni siyasəti sınaqdan keçirir.




Bir gün əvvəl “Reddit” sosial şəbəkəsinin istifadəçiləri qeyd
ediblər ki, “Google” yeni “Gmail” hesabları üçün yalnız 5 GB pulsuz
yaddaş təklif edir.

Qeyd edək ki, “Google” yaddaşından “Google Drive”, “Gmail”,
“Google Photos” və “WhatsApp” tətbiqlərində (backup üçün) istifadə
olunur. Yaddaş dolduqda istifadəçilər “Google Drive”a fayl yükləyə
və ya orada yeni fayl yarada, “Gmail” vasitəsilə məktub göndərə və
qəbul edə, həmçinin foto və videoları “Google Photos” buludunda
saxlaya bilməyəcəklər.