İran-ABŞ sazişinin yaxın vaxtlarda imzalanması gözlənilmir

Baş səhifə

Bakı. Trend:

İran və ABŞ arasında Pakistanın vasitəçiliyi ilə aparılan
mövzuların böyük hissəsi üzrə nəticə əldə olunsa da, yaxın zamanda
bir sazişin imzalanacağı anlamına gəldiyini demək olmaz.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, son bir neçə gündə əldə olunan
irəliləyişlər Pakistan tərəfinin vasitəçiliyi ilə aparılan
danışıqların nəticəsidir.




Bəqai bildirib ki, bu müddətdə bəzi başqa ölkələr də xoşməramlı
şəkildə vasitəçilik səyləri göstəriblər.

“ABŞ tərəfində ziddiyyətli mövqelərin irəli sürülməsi naməlum
vəziyyəti öz qüvvəsində saxlayır. Bu baxımdan İran üçün ABŞ-nin öz
öhdəliklərinə sadiq qalacağına dair heç bir zəmanət yoxdur”, – deyə
o qeyd edib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.