Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor
Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in
məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə
səmimi təbriklərimi çatdırır və ən dərin ehtiramımı ifadə
edirəm.

Azərbaycanın suverenliyinin, milli birliyinin və ardıcıl
inkişafının təcəssümü olan bu bayram dövlətçilik ənənələrinə
hörməti və sabitliyin möhkəmləndirilməsi, firavanlığın təmin
edilməsinə yönəlmiş səyləri əks etdirir.

Azərbaycan Respublikası bütün qarşılıqlı fəaliyyət istiqamətləri
üzrə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və olaraq
qalır.

Həştərxan vilayəti ilə Azərbaycan arasında formalaşmış dostluq
əlaqələrini yüksək qiymətləndirir və regionumuzla çoxşaxəli
qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsinə göstərdiyiniz
dəstəyə görə Sizə təşəkkür edirəm.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına
möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və doğma ölkənin daha da
inkişafı naminə həyata keçirilən işlərdə yeni nailiyyətlər
arzulayıram”.