
Bakı. Trend:
ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan
çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə
vurulub.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandalığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.
“20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir.
CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və dörd
gəmini tabe olmaq üçün sıradan çıxarıb”, – deyə bildirilib.
ABŞ Mərkəzi Komandanlığı İran limanlara gedən bütün gəmilərin,
eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini
bloklamaq niyyətində olduğunu bildirib.


