
İran Silahlı Qüvvələri ABŞ-nin İslam Respublikasını dəniz blokadası ilə bağlı istənilən hərəkətinə hərbi cavab verəcək.
“Report”un “Fars” agentliyinı istinadən məlumatına görə, bu barədə İran parlamentinin deputatı Əli Xəzərian bildirib.
“Bundan sonra ABŞ-nin dəniz blokadası hərəkətlərinə İran tərəfindən hərbi cavab veriləcək”, – o deyib.
Ə.Xəzərian həmçinin Vaşinqtonun esminesləri və xilasetmə heyətlərini batacaqları təqdirdə qorumaq üçün əlavə müşayiət gəmiləri göndərməsini tövsiyə edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


