Gürcüstanda yanacaq bahalaşıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend
yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son
bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50
sent) artıb.

Trend xəbər verir ki, qiymət
artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzində
mütəmadi olaraq davam edir.

Müxtəlif yanacaqdoldurma məntəqələrində dizel yanacağının
qiyməti 4,19 və 4,37 lari arasında dəyişir. Bu giymət mart ayının
7-dən bəri ən yüksək göstəricidir. Martın 7-də qiymət 3,13 lari
olub və qiymət artımı 1,24 lari təşkil edib.




Benzinin qiyməti isə 3,29 və 3,79 lari arasında dəyişir.

Xatırladaq ki, bu ilin fevralın 28-dən etibarən Yaxın Şərqdəki
hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşımalar
çətinləşib.

Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa
belə, neft tədarük zəncirlərinin normallaşması aylar çəkə bilər və
bu səbəbdən qlobal enerji bazarlarında qiymət artımı davam
edəcək.