Naxçıvanda aqrar sektor böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında
63,433 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal
olunub.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə kənd
təsərrüfatı məhsulu istehsalının həcmi 0,5% artıb.




Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2
milyard 536,9 milyon manat məbləğində kənd təsərrüfatı məhsulu
istehsal edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real
ifadədə 2 faiz çoxdur.