
Bakı. Trend:
Bitkoinin qiyməti 79,5 min dollara qədər yüksələrək son üç ay
üzrə maksimum göstəricini yeniləyib.
Trend xəbər verir ki, bazarda
müşahidə olunan optimizm Yaxın Şərqdə gərginliyin azalması və
ABŞ-də pul-kredit siyasətinin yumşaldılacağına dair gözləntilərlə
əlaqələndirilir.
Məlumata görə, Senatın Kevin Uorşun ABŞ Federal Ehtiyat
Sisteminin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləməsi faiz
dərəcələrinin daha tez endiriləcəyi ilə bağlı gözləntiləri
gücləndirib. Hazırkı FES rəhbərinin səlahiyyət müddəti mayın 15-də
başa çatır.
Qeyd edilir ki, digər kriptovalyutalar üzrə artım tempi Bitkoin
ilə müqayisədə xeyli zəif qalır.

