ABŞ ordusuna məxsus esmineslər Hörmüz boğazından keçib

Baş səhifə

Bakı.Trend:

ABŞ-yə məxsus iki ticarət gəmisi Hörmüz boğazından uğurla
keçib.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı
(CENTCOM) öz rəsmi “X” səhifəsində məlumat yayıb.




Məlumata görə, ABŞ silahlı qüvvələri Hörmüzdə kommersiya
gəmiçiliyinin bərpası istiqamətdinə aktiv səylər göstərir və
Amerika bayraqları altında üzən ticarət gəmilərinin keçidi bu
istiqamətdə atılmış ilk addımdır.

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raketlərlə
təchiz edilmiş esmineslər hazırda “Project Freedom” əməliyyatına
dəstək məqsədilə Hörmüz boğazından keçərək Ərəb körfəzində
fəaliyyət göstərir. ABŞ qüvvələri kommersiya gəmiçiliyinin
hərəkətinin bərpası istiqamətində aparılan səylərə fəal şəkildə
dəstək verir. İlkin addım olaraq, ABŞ bayrağı altında üzən iki
ticarət gəmisi Hörmüz boğazından uğurla keçərək marşrutları üzrə
təhlükəsiz şəkildə hərəkətini davam etdirir”, – deyə məlumatda qeyd
olunur.