Bakı metrosunun ötən il sərnişindaşımadan əldə etdiyi gəlir açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə “Bakı Metropoliteni” QSC sərnişin daşımalarından
116 milyon 461 min manat gəlir əldə edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu, 2024-cü
ildəki göstərici ilə müqayisədə 15,7% çoxdur.




Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 226 milyon 800
min nəfər (-1,4%) istifadə edib.

“Bakı Metropoliteni” 1967-ci ildən fəaliyyət göstərir.
Metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan
ibarətdir.