
Bakı.Trend:
06 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili
üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird
qəbuluna start verilir.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı
vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu
ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini
əhatə edir.
Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq
məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların
şəxsiyyət vəsiqəsinin olması mütləqdir.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın
təmin edilməsi əsas hədəflərdəndir.

