
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası
növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 6,5 milyon manat və ya 3,3% azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər
isə 11,6 milyon manat və yaxud 21,2% artaraq 66,092 milyon manata
çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında qeyri-həyat sığortası
bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,7 manatı
müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən
ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon
manat və ya 4,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon
manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün
göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2%
çoxdur.


