İsrailin Livana zərbələri nəticəsində son sutka ərzində 13 nəfər ölüb

Baş səhifə
İsrailin Livana zərbələri nəticəsində son sutka ərzində 13 nəfər ölüb

Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərqinə endirdiyi aviazərbələr nəticəsində azı 13 nəfər ölüb, 59 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşıb.

“Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 534-ə, yaralananların sayı isə 7 863-ə çatıb”, – nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, İsrailin Livanın cənubunda və şərqindəki “Hizbullah” obyektlərinə hücumlarını davam etdirdiyini nəzərə alaraq, ölənlərin və yaralananların sayı arta bilər.