Avtoxuliqanlıq edib videosunu “Tik-Tok”da paylaşan sürücü həbs edildi (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü
həbs edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi
nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi
təhlükə yaradan “BMW” markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.




O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol
hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq
hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq
baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 il
müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs
edilib.