Azərbaycanın dövlət zəmanətli borcunun yeni tərkibi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin aprelin 1-nə dövlət zəmanətli borcun məbləği (daxili
vəxarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə
proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6
milyonABŞ dolları və ya 76,7 faizi xarici dövlət zəmanətli
kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə
daxili dövlət zəmanətli kreditlərin payına düşür.

“Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət
zəmanəti ilə cəlb edilmiş 2.000,0 milyon ABŞ dolları məbləğində
xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına
olub”, – məlumatda qeyd edilib.




2026-cı ilin 1 aprel tarixinə dövlət zəmanətli borc portfelinin
valyuta tərkibi aşağıdakı kimi olub:

ABŞ dolları – 47,0 faiz, avro –25,5 faiz, manat –19,4 faiz,
yapon yeni –2,7 faiz, digər valyutalar –5,4 faiz.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini
sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil
edir.