
Bakı.Trend:
Xırdalan şəhərində əmlak elanlarından birində satışa çıxarılan
yaşayış evi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Trend xəbər verir ki,
sözügedən ev yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında
yerləşir. Diqqət çəkən məqamlardan biri isə təkcə tikilinin deyil,
həm də həyət sahəsinin elektrik dirəyinin altında olmasıdır.
Sosial şəbəkə iştirakçıları belə bir ərazidə yaşayışın gələcəkdə
müxtəlif problemlərə səbəb ola biləcəyini bildirirlər. Xüsusilə
sağlamlıq və təhlükəsizlik riskləri ilə bağlı fikirlər ön plana
çəkilir.
Müzakirələrdə qeyd olunur ki, bu cür obyektlərin satışa
çıxarılması zamanı təhlükəsizlik normalarına riayət olunması
vacibdir.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

