Yaponiyada təlimdə tank partlayıb, üç hərbçi ölüb

Baş səhifə
Yaponiyada təlimdə tank partlayıb, üç hərbçi ölüb

Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Oita prefekturasındakı Hidzyuday təlim poliqonunda atış təlimi zamanı tankı partlayıb, ən azı üç əsgər həlak olub

“Report” xəbər verir ki, bu barədə “Fuji TV” məlumat verib.

Qeyd olunub ki, iki əsgərin öldüyü təsdiqlənib, digəri isə ürək-ağciyər dayanması vəziyyətindədir.

Yaponiyada klinik ölüm üçün istifadə olunan bu termin qanunla yalnız tibb işçiləri tərəfindən təsdiqlənə bilər, xilasedicilər tərəfindən yox. Digər bir qadın əsgər xəstəxanasına aparılıb.

“TBS”in məlumatına görə, atış təlimi zamanı silahda mərmi partlayıb.