Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracının həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 45,197
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,576 milyon ABŞ
dolları olub.

Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni
aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 228,4 milyon
kVt/saat və ya 6 dəfə, dəyər ifadəsi ilə isə 13,018 milyon ABŞ
dolları, yaxud 6 dəfə azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Gürcüstandan
Azərbaycana 1,2 min ABŞ dolları dəyərində, 18 min kVt/saat həcmində
elektrik enerjisi ixrac edilib.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 21 min ABŞ dolları və ya 18,7 dəfə, həcm ifadəsində isə
327 min kVt/saat və ya 19,2 dəfə azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üç
ölkəyə – Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923
milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik
enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyon
ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat
və yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedən
ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat
elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki
göstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya
6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6%
azdır.