
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya
Diplomatiya Forumu çərçivəsində Ruandanın xarici işlər və
beynəlxalq əməkdaşlıq naziri Olivye Jan Patrik Nduhungirehe ilə
görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, eləcə də
çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın
inkişafının gündəmdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi
məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verdiyinə inam
ifadə olunub.

