Azərbaycanın geosiyasi mövqeyi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini ön plana çıxarır – Elçin Əmirbəyov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın geosiyasi mövqeyi, strateji keçid yolu üzərində
yerləşməsi ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini
daha da ön plana çıxarır.

Trend xəbər
verir ki, bu fikri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu
çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel
iclasda səsləndirib.

“Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki
qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni
zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar
dəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin
əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ
variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün
getdikcə daha vacib bir yol halına gəlib”, – deyə o, bildirib.