Tbilisidə cüdo üzrə Avropa çempionatının açılış mərasimi baş tutub

Baş səhifə
Tbilisidə cüdo üzrə Avropa çempionatının açılış mərasimi baş tutub

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının açılış mərasimi baş tutub.

Tədbir qısa bədii proqramla, o cümlədən gürcü milli rəqsləri ilə başlayıb.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə Beynəlxalq Cüdo Federasiyası, Avropa Cüdo Birliyi və iştirakçı ölkələrin rəsmiləri çıxış ediblər.

Xatırladaq ki, aprelin 16-da start götürən Avropa çempionatında 46 ölkədən 400 idmançı mübarizə aparır. Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Hazırda isə Hidayət Heydərov (73 kq) final görüşünə çıxmağa hazırlaşır.

Turnir aprelin 19-da başa çatacaq