İsrailin Livanla tarixi bir razılaşma əldə etmək imkanı var – Netanyahu

Baş səhifə

Bakı. Trend:

İsrailin Livanla tarixi bir sülh razılaşmasına nail olmaq imkanı
var.

Trend-in
məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu
deyib.




“Livanla tarixi bir sülh razılaşmasına nail olmaqimkanımız var.
Prezident [ABŞ Donald] Tramp məni və Livan Prezidenti [Cozef Aun]u
bu razılaşmanı irəlilətməyə çalışmaq üçün Vaşinqtona dəvət etmək
niyyətindədir”, – deyə B. Netanyahu video müraciətində
bildirib.

İsrailin baş naziri əlavə edib ki, o, Livanla sülh sazişində
irəliləyiş əldə etmək üçün “[Livanda] 10 günlük müvəqqəti atəşkəsə
razılıq verib”.