Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub

Baş səhifə
Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub

Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci assambleyasında çıxışı zamanı deyib.

“Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil”, – o bildirib və əlavə edib ki, Türkiyə bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.