Bakı. Trend:
İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində son 24 saat
ərzində ən azı 18 livanlı həlak olub, daha 124 nəfər yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, martın 2-də hərbi eskalasiyanın başlamasından bəri
həlak olan mülki şəxslərin ümumi sayı 2969-a, yaralıların isə
9112-yə çatıb.
Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail təyyarələri və dronları
cənubdakı Nəbatiyə və Səydə əyalətlərindəki yerüstü hədəflərə hücum
etməyə davam edir, buna görə də itki və yaralananların sayı arta
bilər.

