Almaniyada AfD partiyasının reytinqi rekord həddə çatıb

Baş səhifə

Almaniyada müxalif sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının reytinqi rekord həddə — 29 faizə yüksəlib.

Bu barədə INSA institutunun “Bild” nəşri üçün keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Məlumata görə, XDS/XSS blokunun reytinqi 22 faizə, Sosial Demokrat Partiyasının dəstəyi isə 12 faizə düşüb.