Türkiyədə 591 sosial media hesabı ilə bağlı tədbir görülür

Baş səhifə

Türkiyənin Daxili İşlər Nazirliyinə bağlı Emniyet Genel Müdürlüğü Kahramanmaraş və Şanlıurfada baş verən hücumlarla bağlı dezinformasiya yayan sosial media hesabları barədə tədbirlərə başlayıb.

Modern.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 591 hesabın saxta və ya çaşdırıcı məlumat yaydığı müəyyən edilib.

Bildirilib ki, həmin hesablarla bağlı hüquqi prosedurlar başladılıb.