Argentinada Maradonanın ölüm ilə bağlı məhkəmə dinləmələri yenidən başlayıb

Baş səhifə

Bakı. Trend:

Argentinalı futbolçu Dieqo Maradonanın (1960-2020) ölümü ilə
bağlı dinləmələr aprelin 14-də San İsidro şəhər məhkəməsində davam
etdirilib.

Trend-in
məlumatına görə, bu barədə “Clarín” qəzeti xəbər verib.

Məhkəmə iclasında prokurorluğun nümayəndələri və
təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər.




Dinləmə başlamazdan əvvəl Maradonanın müalicə həkimi Leopoldo
Lukenin vəkillərindən biri məhkəmədən dinləmənin televiziyada
yayımlanmasına icazə verməsini istəsə də, hakimlər bu tələbi rədd
etdilər.

Prokuror Patrisio Ferrari məhkəmə iclasında 100-dən çox şahidin
ifadə verəcəyini açıqlayıb. Onun sözlərinə görə, ittiham tərəfi
Maradonaya lazımi qayğı şəraitinin təmin edilmədiyini və
təqsirləndirilən şəxslərin “çoxsaylı həyəcan siqnallarını”
görməzliyə vurmadıqları təqdirdə onun ölümünün qarşısının alına
biləcəyini sübut etmək niyyətindədir.