Aprel ayında neft bazarında daha çətin vəziyyət gözlənilir – Dünya Bankı

Baş səhifə

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən qlobal neft
qiymətlərinin artması baxımından aprel ayı mart ayına nisbətən daha
çətin bir ay olacaq.

Trend-in
məlumatına görə, bu barədə Dünya Bankının prezidenti Adjay Banqa
deyib.




“Yaxın Şərqdəki vəziyyətlə bağlı fikrim belədir: birincisi,
inanıram ki, aprel ayı insanların indi düşündüyündən daha çətin bir
ay olacaq, çünki mart ayında dənizdə olan bütün neft artıq çatmalı
olduğu yerlərə çatıb və mart ayında bu [Hörmüz boğazından] başqa
heç nə keçməyib”, – deyə A.Banqa bildirib.