
Bakı.Trend:
İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqonya
Qomesə qarşı iki illik cinayət araşdırmasından sonra ona qarşı
rəsmən korrupsiya ittihamı irəli sürülüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İspaniyada dörd cinayət əməli üzrə (nüfuz alveri, biznes
sahəsində korrupsiya, vəsaitlərin mənimsənilməsi, vəsaitlərin israf
edilməsi) ittiham olunur.
Qomes ittihamları rədd edir.
Məhkəmə sübutların kifayət etməməsi səbəbindən vəzifə
səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə ittihama xitam verib.
Hakim tərəflərə şifahi dinləmələrin başlanması ilə bağlı
vəsatətlərin təqdim edilməsi və ya müdafiə qeydlərinin hazırlanması
üçün beş gün müddət verib.
Qeyd edək ki, iş 2024-cü ildən korrupsiya hallarının ifşası ilə
məşğul olan “Manos Limpias” (“Təmiz Əllər”) təşkilatının şikayəti
əsasında açılıb. Aprelin 13-də qəbul edilən qərardan sonra iş
andlılar məhkəməsinə yönləndirilib.
İstintaqın diqqət mərkəzində Qomesin Madridin universitetdəki
(“Complutense University of Madrid” ) fəaliyyəti və bu təhsil
müəssisəsinin təşviq etdiyi layihələr və peşəkar əməkdaşlıq
çərçivəsində biznes nümayəndələri ilə münasibətləri dayanır.


