
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği
Sıra №-si | Fəaliyyətin növü | Haqqın məbləği (ƏDV daxil, manatla) |
1. | Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması | 11 800,00 |
2. | Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün təlimlərin keçirilməsi | |
2.1. | Əsas ixtisas mərhələsi üzrə: | |
2.1.1. | humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi təliminin keçirilməsi | 2 400,00 |
2.1.2. | qeyri-texniki və texniki tədqiqat təliminin keçirilməsi | 1 450,00 |
2.1.3. | tikililərin partlayıcı sursatlardan təmizlənməsi təliminin keçirilməsi | 950,00 |
2.1.4. | mexaniki vasitə üzrə operator təliminin keçirilməsi | 1 550,00 |
2.1.5. | mexaniki vasitə üzrə operatorun, minaaxtaran heyvan bələdçisinin və xüsusi texnologiyaları idarə edən əməkdaşların minatəmizləmə əməliyyatlarına inteqrasiyası təliminin keçirilməsi | 950,00 |
2.1.6. | minaaxtaran heyvan bələdçisi təliminin keçirilməsi | 4 600,00 |
2.1.7. | əldədüzəlmə partlayıcı qurğularla tanışlıq təliminin keçirilməsi | 470,00 |
2.1.8. | ilkin tibbi yardım və tibb işçilərinin inteqrasiyası təliminin keçirilməsi | 470,00 |
2.1.9. | quyuların və kəhrizlərin təmizlənməsi təliminin keçirilməsi | 440,00 |
2.1.10. | sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi təliminin keçirilməsi | 200,00 |
2.1.11. | təkrarlama təlimlərinin keçirilməsi | 440,00 |
2.2. | Yüksək ixtisas mərhələsi üzrə: | |
2
2.2.1. | əməliyyat rəhbəri təliminin keçirilməsi | 4 850,00 |
2.2.2. | sahə rəhbəri təliminin keçirilməsi | 4 000,00 |
2.2.3. | bölmə/qrup rəhbəri təliminin keçirilməsi | 2 550,00 |
2.2.4. | texniki tədqiqat rəhbəri təliminin keçirilməsi | 2 550,00 |
2.2.5. | partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə birinci və ikinci dərəcəli mütəxəssis təliminin keçirilməsi | 2 150,00 |
2.2.6. | partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə üçüncü və daha yüksək dərəcəli mütəxəssis təliminin keçirilməsi | 3 300,00 |
2.2.7. | informasiyanın idarə olunması və coğrafi informasiya sistemi təliminin keçirilməsi | 590,00 |
2.2.8. | minatəmizləmə fəaliyyətində orta və ya yuxarı səviyyəli idarəetmə təliminin keçirilməsi | 1 150,00 |
2.3. | Təkmilləşdirmə mərhələsi üzrə: | |
2.3.1. | minatəmizləmə təlimlərinin əsas ixtisas mərhələsi üzrə təlimatçı təliminin keçirilməsi | 1 400,00 |
2.3.2. | partlayıcı sursatların zərərsizləşdirilməsinin və məhv edilməsinin bütün mərhələləri üzrə təlimatçı təliminin keçirilməsi | 1 700,00 |
2.3.3. | keyfiyyətə təminat və nəzarət təliminin keçirilməsi | 2 000,00 |
Qeyd. Bu cədvəlin 2-ci hissəsində qeyd olunan təlimlərin keçirilməsinə görə haqqın məbləği təlim müddətində 1 (bir) nəfər üçün müəyyən edilmişdir.


