Avstraliyanın Baş naziri ABŞ-İran danışıqlarının bərpasının zəruri olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın Baş naziri Entoni Albanese ABŞ və İran arasında
danışıqların bərpasına çağırıb.

Trend-in
məlumatına görə, bu barədə baş nazir “9News” televiziyasına
müsahibəsində deyib.




“Biz də öz növbəmizdə danışıqların bərpasını dəstəkləyirik və
Yaxın Şərqdə insan itkisinə və mülki infrastrukturun dağıdılmasına
son qoyulmasını istəyirik”, – deyə o bildirib.

Avstraliya hökumətinin başçısı həmçinin bildirib ki, Kanberra “ticarətin sürətlə bərpa olunmasını səbirsizliklə gözləyir”.