Bəzi rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Baş səhifə

Bakı. Trend:

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi
rayonlarında arabir şimşək çaxır, yağış yağır, Şahdağda isə qar
yağması müşahidə olunur.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən
bildirilib. Qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.

Düşən yağıntının miqdarı Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə
6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən,
İsmayıllı, Şamaxı, Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli,
Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara,
Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3
mm-dir.




Aprelin 11-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti
arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl,
Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar,
Xaltan, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi
500 metrədək məhdudlaşır.